Cari ilin fevral ayının 28-nə qədər Azərbaycanda bank sektorunun ümumi aktivləri 32 milyard 203.4 milyon manat təşkil edib.
"Kommersant.az" Mərkəzi Bankın yaydığı hesabata istinadən xəbər verir ki, cari ilin yanvar ayının 31-də isə bu aktivlər 31 milyard 944.8 milyon manat təşkil edib.
Bu da onu göstərir ki, bir ay ərzində 259 milyon manat və ya 0.8% faiz artım baş verib.
Fevralın 28-nə qədər cari aktivlərin 13 milyard 80 milyon manatı xalis kreditlər, 14 milyard 246.1 milyon manatı mütərilərə verilən kreditlər, 4 milyard 830.7 milyon manatı qiymətli kağızlar, 4 milyard 327.4 milyon manatı banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər, yerdə qalan vəsaitlər isə digər gəlirlər və aktivlər təşkil edib.
Yanvarın 31-nə qədər isə aktivlərin 13 milyard 064.1 milyon manatı xalis kreditlər, 14 milyard 213.7 manatı müştərilərə verilən kreditlər, 4 milyard 677.9 milyon manatı qiymətli kağızlar, 4 milyard 057.6 milyon manatı banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər, yerdə qalan vəsaitlər isə digər gəlirlər və aktivlər təşkil edib. Bu da onu göstərir ki, bir ay ərzində qeyd edilən aktivlər üzrə diqqəti cəlb edən artımlar baş verib.