Azərbaycanda bankların vaxtı keçmiş kreditlərinin həcmi 2 faizə yaxın artıb.
"Kommersant.az" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, 2021-ci ilin fevralında bankların ayırdığı kreditlərin ümumi həcmi 14 619.5 milyon manat olub. Bunun 917,5 milyon manatı vaxtı keçmiş kreditlərin payına düşüb.
Xatırladaq ki, yanvarda bu göstərici 900,4 milyon manat olub. Bir ayda vaxtı keçmiş kreditərin həcmi 17,1 milyon manat artıb.
2020-ci ilin sonunda bu rəqəm 893,1 milyon manat olub.