2021-ci il martın 1-nə Azərbaycan banklarının xarici öhdəlikləri əvvəlki ayla müqayisədə 8,1% azalıb.
"Kommersant.az" Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, fevralda xarici öhdəliklər 1 127,3 milyon manat təşkil edib. Bu, yanvar ayına nisbətən 99,1 milyon manat azdır. Bu iin ilk ayında bankların xarici öhdəlikləri 1 226,4 milyon manat təşkil edib.
Ötən il martın 1-nə nisbətən isə bankların xarici öhdəlikləri 45,8% azalıb. Həmin dövrdə bu göstərici 2 079,6 milyon manat olub.