Azərbaycanda fəaliyyət göstərən banklarda fiziki şəxslərin depozitləri üzrə renkinqi bəlli olub. Renkinqə görə Azərbaycanda fiziki şəxslərə ən çox kredit verən korporativ bank "Azərbaycan Beynəlxalq Bankı" olub. Belə ki, dövlət bankının fiziki şəxslərə verdiyi kreditlərin həcmi 1 milyard 290 milyon 279 min manat olub. Bu da 2019-cu iliin sonu ilə müqayisədə 102 milyon 674 min manat və ya 8.6% çoxdur.
"Kommersant.az" xəbər verir ki, müştərilərə verilən kreditlərin bölgüsündə fiziki şəxslərin kreditləri ən az 18 milyon 173 min manatla "Ziraat Bank Azərbaycan" son sırada qərarlaşıb.
Fiziki şəxslərdən ən çox depozit toplayan riteyl bank isə "Access Bank" olsa da "Naxçıvan Bank" son sırada öz yerini tutub.