Dövlət Neft Fondunun mart ayında satdığı valyutanın həcmi 397,7 milyon ABŞ dolları olub. Bu, 2017-ci ildən sonra, yəni son 4 ilin ən aşağı göstəricisidir.
"Kommersant.az" xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev bildirib.
Onun sözlərinə görə, Fond tərəfindən satılan valyutanın həcmi 2017-ci ilin martında 250 milyon dollar, 2018-ci ilin martında 647 milyon dollar, 2019-cu ilin martında 600,5 milyon dollar olub: “Ötən ilin müvafiq dövründə isə Fond 1 milyard 928,3 milyon həcmində dollar satmışdı”.
Ekspert əlavə edib ki, 2021-ci ilin I rübün nəticələri valyuta satışında qənaətin olduğunu göstərir: “Belə ki, 3 ay üzrə satılması nəzərdə tutulan valyutanın həcmi orta hesabla 1,8 milyard dollar olmalı olduğu halda, reallıqda satılan valyutanın həcmi daha az - təxminən 1,5 milyard dollar olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 milyard dollar azdır. Yola saldığımız rübdə 314 milyon dollarlıq valyutaya qənaət edilib”.