Bu il aprelin 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları azalıb.
"Kommersant.az" qurumun yaydığı hesabata istinadən xəbər verir ki, bu ehtiyarlar martın 1-i ilə müqayisədə 0,2% azalaraq 6 milyard 356,2 milyon ABŞ dolları təşkil edib.
AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən də 0,2%, son 1 ildə isə 0,6% azalıb.