USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əmanətçilərə kompensasiya ödənişi - 632 Milyon Manatı Keçib

05.04.2021 Bank
0 0
Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış “AG Bank”, “Amrah Bank”, “NBC Bank” və “Ata Bank” üzrə 24 min 581 əmanətçiyə 632 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Əmanətlərin Sığortalanması Fondundan verilən məluçat görə, “Atabank”ın 9 803 əmanətçisi 244 milyon 68 min 658 manat, “Amrah Bank”ın 5 827 əmanətçisi 140 milyon 385 min 288 manat, “AGBank”ın 4 722 əmanətçisi 116 milyon 352 min 558 manat, “NBC Bank”ın isə 4 229 əmanətçisi 131 milyon 830 min 803 manat kompensasiya alıb.

“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

“AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.