Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyindəki “MİDA” MMC “TuranBank” kredit təşkilatı ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Bu barədə qurumdan bildirilib.
Qeyd edilib ki, Vətəndaşların rahatlığını təmin etmək məqsədilə MİDA bu sahədə əməkdaşlıq etdiyi bankların dairəsini genişləndirməkdə davam edir. “TuranBank” “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış növbəti kredit təşkilatı olub.
Xatırladaq ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına vətəndaşlara güzəştli ipoteka kreditinin verilməsi ilə bağlı “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış bankların sayı 6-ya çatdı.
Daha öncə analoji müqavilələr “Kapital Bank”, “Bank BTB”, “Azər-Türk Bank” ASC, Bank VTB (Azərbaycan) və “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə bağlanıb.