USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Keçmiş deputatla bələdiyyə üzvü arasında məhkəmə çəkişməsi başladı

06.04.2021 Bank
0 0
“Odlar Yurdu” Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevlə Binəqədi bələdiyyəsinin üzvü Rasim Gözəlov arasında məhkəmə çəkişməsi başlayır.

"Kommersant.az" xəbər verir ki, rektorun nəzarətində olan “Muğanbank” ASC Rasim Gözəlovun qanuni təmsilçisi olduğu “Bakı Cihazqayırma Zavodu” və “Aqreqat İstehsalat Birliyi” MMC-lər barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb. İddia artıq icraata götürülüb. İşə hakim Leyla Əliyevanın sədrliyi ilə baxılacaq.

“Muğanbank”la sözügedən MMC-lər arasındakı məhkəmə çəkişməsinin səbəbi kredit müqaviləsi üzrə mübahisələrdir.

"Muğanbank"ın səhmdarları aşağıdakı şəxslərdir:

Mehtiyev Maqbet Rəhim oğlu - 12.14%
Meytiyeva Fəridə Cahandar qızı - 10.52%
Mehtiyeva Vəfa Əhməd qızı - 11.17%
Mehtiyev Elmir Maqbet oğlu - 66.17%.

Maqbet Mehtiyevlə Fəridə Mehtiyeva Əhməd Vəliyevin qudaları, Vəfa Mehtiyeva qızı, Elmir Mehityev isə kürəkənidir. Keçmiş rektor “Muğanbank”da payçı olmasa da, bankın qeyri-rəsmi sahibi hesab edilir.

Rasim Gözəlova gəlincə, o, həm də Şuşanın icra başçısı olmuş mərhum Mikayıl Gözəlovun qardaşıdır. Mikayıl Gözəlov 1991-ci ilin dekabrında qətlə yetirilib.