ABŞ Federal Ehtiyat Sistemi (FED) hansısa bir mərhələdə xoşagəlməz tonundan imtina etməyə qərar verə bilər və belə bir amil bazarlarda şok vəziyyəti yarada bilər.
"Kommersant.az" xəbər verir ki, bu barədə "Bank of America" və "Merrill Lynch" analitikləri xəbərdarlıq edir.
Bildirilir ki, FED proaktiv davranmayacağına və gələn məlumatların yaxşılaşacağını gözləməyə üstünlük verəcəyinə əmin olsa da, ABŞ iqtisadiyyatı artıq fəal şəkildə inkişaf edir və göstəricilər proqnozları xeyli üstələyir.
Bununla yanaşı analitiklər bildirirlər ki, bazarlar artıq Fed siyasətinin normallaşmasını qiymətlərə əlavə ediblər. Buna baxmayaraq, Mərkəzi Bank bu normallaşmaya bazarların proqnozlaşdırılandan daha erkən və daha aqressiv başlaya bilər.