USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Pasha Bank" maliyyə göstəricilərini açıqladı - HESABAT

20.04.2021 Bank
0 0
“Pasha Bank” 2021 ci ilin 1-ci rübünə olan hesabatını açıqlayıb. Hesabata görə bankın əksər göstəricilərində artım müşahidə olunub.

“Kommersant.az” bankın açıqladığı hesabata istinadən xəbər verir ki, “Pasha Bank”ın xalis kreditlərinin 362 milyon 953 min manat artması bankın cəmi aktivlərəinin böyüməsinə səbəb olub. Belə ki, 2020-ci ilin 1ci rübü ilə müqayisədə bankın aktivlər cəmi 909 milyon 406 min manat artaraq 5 milyard 669 milyon 83 min manata bərabər olub. Depozit portfelini isə 22% artıran “Pasha Bank” öhdəlikləri cəmini 818 milyon 729 min manat yüksəldərək milyard 105 milyon 410 min manata çatdırıb.

Bankın cəmi kapitalı 1 il ərzində 90 milyon 678 min manat artaraq 563 milyon 673 min manat olub.

Faiz gəlirini 11 milyon 48 min manat, faiz xərclərini isə 2 milyon 222 min manat artıran bankın xalis faiz gəliri 20,6 artaraq 49 milyon 828 min manat təşkil edib. Qeyri-faiz gəliri 1 milyon 321 min manat azaldığına görə qeyri-faiz xərcini 3 milyon 491 min manat azaldaraq 36 milyon 854 min manata endirib. Nəticədə bankın əməliyyat mənfəəti 10 milyon 691 və ya 41,6% artaraq 36 milyon 352 min manata bərabər olub.

6 milyon 150 min manat mənfəət vergisi verən “Pasha Bank”ın xalis mənfəəti 15 milyon 306 min manat artaraq 18 milyon 786 min manata bərabərləşib.

Bankın məcmu kapitalı 392 milyon 206 min manat təşkil edib.a

Pasha Bank

2021 (I Rüb)

2020 (I Rüb)

Fərq

Cəmi aktivlər

5 669,083

4 759,677

909,406

İstehlak kreditləri

-

-

-

Bines kreditləri

-

-

-

İpoteka kreditləri

-

-

-

Xalis kreditlər

2 156,596

1 793,643

362,953

Cəmi öhdəlikləri

5 105,410

4 286,681

818,729

Depozitlər

4 206,008

3 446,953

759,055

Fiziki şəxslərin depozitləri

-

-

-

Hüquqi şəxslərin depozitləri

-

-

-

Cəmi kapital

563,673

472,995

90,678

Bölüşdürülməmiş məfəət

-

-

-

Xalis mənfəət/zərəri

18,786

3,480

15,306

Faiz gəliri

63,562

52,014

11,048

Faiz xərcləri

12,928

10,706

2,222

Xalis faiz gəliri

49,828

41,308

8,520

Qeyri-faiz gəliri

23,378

24,699

-1,321

Qeyri-faiz xərcləri

36,854

40,345

-3,491

Əməliyyat mənfəəti/zərəri

36,352

25,661

10,691

Mənfəət vergisi

6,150

2,212

3,938

Məcmu kapital

392,206

393,206

-1,000