USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Paşanın bankı hesabatını açıqladı - RƏQƏMLƏR

20.04.2021 Bank
0 0
“Kapital Bank” 2021 ci ilin 1-ci rübünə olan hesabatını açıqlayıb.

“Kommersant.az” bankın açıqladığı hesabata istinadən xəbər verir ki, “Kapital Bank”ın aktilər cəmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 175 milyon 339 min manat artaraq 5 milyard 587 milyon 997 min manata yüksəlib. Bu artımın əsas səbəbi bankın müştərilərinə verdiyi xalis kreditlərin həcminin 187 milyon 982 min manat artmasıdır. Kredit bölgüsündə istehlak kreditləri 25 milyon 656 min manat artaraq 1 milyard 374 milyon 855 min manata çatıb. Buna baxmayaraq bankın biznes kreditlərinin həcmi 42 milyon 277 min manat azalaraq 93 milyon 704 min manata düşüb. Bank 2021-ci ilin 1-ci rübünə 244 mmilyon 613 min manatlıq ipoteka krediti verib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 187 milyon 720 min manat çoxdur.

“Kapital Bank”ın öhdəliklər cəmi 1 il ərzində 997 milyon 80 min manat artaraq 4 milyard 909 milyon 490 min manata yüksəlib. Bu artımın 757 milyon 475 min manatı isə bankda olan depozitlərin payına düşüb. Fiziki şəxslərin bankdakı depoziti 65 milyon 250 min manat, hüquqi şəxslərin depozitləri isə 692 milyon 225 min manat artıb.

Bankın bölüşdürülməmiş mənfəətinin 159 milyon 729 min manat artması kapital cəminə təsirsiz ötüşməyib. Bankn cəmi kapitalı 2020-ci ilin ilk rübü ilə müqayisədə178 milyon 253 min manat artaraq 678 milyon 501 min manata çatıb.

Bankın faiz gəliri 5 milyon 266 min manat, faiz xərcləri isə 2 milyon 93 min manat artıb. Bununla da bankın xalis faiz gəliri 2 milyon 673 min manat artaraq 96 milyon 525 min manata çatıb. Qeyri-faiz gəlirini 10 milyon 331 min manat, qeyri-faiz xərclərini isə 5 milyon 697 min manat artdığına görə bankın əməliyyat mənfəəti 90 milyon 638 min manata çatıb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7 milyon 307 min manat çoxdur.

Cari ilin ilk 3 ayında 13 milyon 908 min manat mənfəət vergisi ödəyən bankın xalis mənfəəti 55 milyon 535 min manata bərabər olub.

Bankın məcmu kapitalı 705 milyon 227 min manat təşkil edib.

Qeyd edək ki, “Kapital Bank” ASC-nin səhmlərinin 99.87%-i “Paşa Holdinq”-ə məxsusdur.

Kapital Bank

2021 (I Rüb)

2020 (I Rüb)

Fərq

Cəmi aktivlər

5 587,997

4 412,658

1 175,339

İstehlak kreditləri

1 374,855

1 349,199

25,656

Bines kreditləri

593,704

635,981

-42,277

İpoteka kreditləri

244,613

56,893

187,720

Xalis kreditlər

1 923,352

1 735,370

187,982

Cəmi öhdəlikləri

4 909,490

3 912,410

997,080

Depozitlər

4 065,753

3 308,278

757,475

Fiziki şəxslərin depozitləri

1 044,426

979,176

65,250

Hüquqi şəxslərin depozitləri

3 021,327

2 329,102

692,225

Cəmi kapital

678,501

500,248

178, 253

Bölüşdürülməmiş məfəət

397,944

238,215

159,729

Xalis mənfəət/zərəri

55,535

74,893

-19,358

Faiz gəliri

111,764

106,498

5,266

Faiz xərcləri

15,239

12,646

2,593

Xalis faiz gəliri

96,525

93,852

2,673

Qeyri-faiz gəliri

58,762

48,431

10,331

Qeyri-faiz xərcləri

64,649

58,952

5,697

Əməliyyat mənfəəti/zərəri

90,638

83,331

7,307

Mənfəət vergisi

13,908

19,010

5,102

Məcmu kapital

705,227

470,245

234,982