“Yelo Bank” ASC-nin Yeni baş ofisində keytring və restorant servisinin göstərilməsi məqsədilə açıq tender elan edir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
Ödəmə qabiliyyəti olmalı;
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı
Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcəkdir:
Təqdim ediləcək məhsulun keyfiyyəti
Təklif ediləcək məhsulun qiyməti
İştirakçı şirkətin bu sahədə təcrübəsi
Şirkətlərin və şirkət əməkdaşlarının bu sahədə sahib olduqları sertifikatlar və lisenziyalar
Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
Qiymət təklifi (4cu pointdə nəzərdə tutulan menu-ya əsasən təqdim olunmalıdır).
İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahələr üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı
Tender təklifləri 27 May 2021-ci il, Bakı vaxtı ilə saat 12:00-a qədər Bakı ş. Puşkin küçəsi 30 ünvanına yalnız bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
Zərflərin hər küncü möhürlənməlidir.
Qiymətlər Azərbaycan manatı ilə qeyd olunmalıdır.
Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.
Əgər ehtiyac yaranarsa bankın əlaqəli şəxsi ilə əlaqə saxlanılıb bankın mətbəx və restoran ərazisinə bağış keçirilə bilər.
Tələb olunan xidmətlər
Təchizatçı şirkətdən hər hansı bir icarə ödənişi tələb olunmayacaq və qiymət təklifi təqdim olunan zaman bu nüansın nəzərə alınmalıdır.
Baş ofisdə mətbəx və mebel avandanlıqları mövcuddur.
50 ədəd masa və 200 ədəd stul möcvuddur.
Diğər metbəx avadanlıqları ( boşqablar, qaşıqlar, bıcaqlar və bu kimi mallar ) təchizatçı şirkət tərəfindən təmin olunmalıdır.
Təchizatçı şirkət yemək hazırlanan və təqdim olunan zaman bütün keyfiyyət standartlarına və gigiyena normalarına əməl etməlidir.
Təchizatçı şirkət bütün əməkdaşlarını uniforma ilə təmin etməlidir.
İş rejimi həftə işi 5 gün saat 8:30 – 18:30 olması nəzərdə tutulur.
Menu
Fast Food ( Hamburger, Pizza, Sandwich və.s )
Səhər Yeməkləri – kruassan, omlet, rollar, buterbrodlar, puddinglər, smuzi boul, meyve ve s.)
Təchizatçı tərəfindən təklif olunan digər yeməklər
Şirniyyatlar
Kofe maşın
İçkilər ( soyuq, isti, kokteyllər (spirtsiz), tebii meyve şirələri )
Business Lunch -1 (təchizatçı şirkət tərəfindən təqdim olunmalıdır)
Business Lunch -2 (təchizatçı şirkət tərəfindən təqdim olunmalıdır)
Business Lunch -3 (təchizatçı şirkət tərəfindən təqdim olunmalıdır)
Ödəniş və digər şərtlər
Tender iştirakçıları keyfiyyət və istehsalçı meyarlarından irəli gələrək bir neçə təklif verə bilərlər.
Tender qalibi tender zamanı təqdim olunan qiymət il ərzində qüvvədə olacaq. Qiymətlər maximum 1.5 faiz dəyişdirilə bilər ancaq zaman mütləq şəkildə əvvəlcədən məlumat verilməlidir və qiymət dəyişikliyi əsaslandırılmalıdır.
Müqavilə 1 il ərzində qüvvədə olacaq.
Tələb edildikdə iştirakçı müəyyən yeməklər üzrə nümunə təqdim etmək imkanına malik olmalıdır.
Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.