USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bank müştərilərin arzusu ilə kredit kampaniyasının müddətini uzatdı

01.06.2021 Bank
0 0
Dövlət bankı Azər Türk Bank müştərilər üçün sərfəli şərtlərlə istehlak kreditləri üzrə başladığı kampaniyanın müddətinin, onların marağını və istəyini nəzərə alaraq, 30 iyun 2021-ci il tarixinədək uzadılması barədə qərar vermişdir.

Kampaniya ərzində 3 aydan 48 ay müddətinədək rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi 15%-dən başlayır.

Qeyd edək ki, 24 ayadək verilən kreditlər üzrə komissiya nəzərdə tutulmamışdır.

Bundan əlavə, Bank müştərinin orta aylıq xalis gəlirindən asılı olaraq, kreditin maksimum məbləğini 30 000 manat, təminatsız verilən kreditin məbləğini isə 15 000 manat səviyyəsində müəyyənləşdirmişdir.

Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək mümkündür.

Ətraflı məlumatı https://atb.az/ saytından, Azər Türk Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.