Azərbaycan Mərkəzi Bankı faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını 30 İyul 2021-ci il tarixində verəcəkdir.
“Kommersant.az” xəbər verir ki, növbəti qərar Mərkəzi Bankın 2021-ci ildə aiz dəhlizinin parametrlərinə dair 5-ci qərarı olacaqdır. Mərkəzi Bank bu il faiz dəhlizinin parametrlərinə dair 8 dəfə qərar nəzərdə tutur.
Qeyd edək ki, 2021-ci ilin ötən dövründə keçirilmiş 4 iclasda Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin dəyişməz saxlanılması haqqında qərarlar qəbul edib.