USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Depozit bazasının həcmi azalıb

29.06.2018 Bank
1 0
Cəmi depozit bazasının həcmi ötən dövr ilə müqayisədə 9% azalıb

"Kommersant" Mərkəzi Bankın açıqladığı icmala istinadən xəbər verir ki, 2018-ci ilin aprel ayına olan göstəricilərə əsasən, cəmi depozit bazasının həcmi 20 milyard 201 milyon manat təşkil edib. Bu göstəricini ötən ilin eyni dövrü ilə müqayisə etsək görərik ki, 1 milyard 947 milyon azalma var. 2018-ci ilin yanvar ayının göstəricilərinə görə bu rəqəm 20 milyard 800 milyon manat olub.

2017-ci ilin son dövrlərinin göstəriciləri 19 milyard manata düşüb. Lakin 2018-ci ilin ilk aylarında depozit bazasının həcmi artmağa başlayıb.

Qeyd edək ki, depozit bazasının milli valyuta ilə tələbli depozitlərin həcmi 3 milyard 410 milyon manat milli valyutadan, müddətli depozitlər isə 2 milyard 578 milyon manat xarici valyutadan ibarətdir. Xarici valyuta depozitlərinin 6 milyard 966 milyon manatı tələbli, 7 milyard 246 milyon manatı isə müddətli depozitlərdir.