USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bank Respublika" müştəriləri öz hesablarını EPUL platformasında - İZLƏYƏ BİLƏCƏK

10.12.2021 Bank
0 0
Ölkəmizdə rəqəmsal bankçılığın inkişafına böyük diqqət ayıran Bank Respublika, EPUL onlayn xidmətlər platforması ilə birgə fintex sahəsində növbəti bir ilkə imza atıb.

“Texniki tərəqqinin nailiyyətlərinə əsasən rəqəmsal bankçılığın inkişafı diqqət mərkəzindədir. “PAYSİS”MMC Bank Respublikanın Open Banking platformasının təqdiminin əhali üçün səmərəli olması ilə bərabər daha da inkişaf etməsi istiqamətində müştərək işlərini davam etdirməkdədir. Atdığımız hər bir addım və təqdim edilən yeniliklər onlayn ödənişlərin artırılması və daha rahat olmasına xidmət edir. 450 mindən çox istifadəçisi olan bir platforma yalnız və yalnız inkişaf, keyfiyyət naminə çalışmaqdadır” – deyə şirkətin direktoru Samir Nasibov vurğulamışdır.