Bir səhm üzrə 80 manat ödədi
0
0
Bakı Fond Birjası QSC-nin səhmdarlarına dividend ödənilmişdir.
""Bakı Fond Birjası" QSC-nin 25 may 2018-ci il tarixində keçirilmiş Səhmdarlarının növbəti Ümumi Yığıncağında qəbul edilmiş qərara əsasən BFB-nin səhmdarlarına 2017-ci il üzrə xalis mənfəətdən hər bir adi adlı səhm üzrə 80 (səksən) manat olmaqla (bir səhmin nominal dəyərinin 40% məbləğində) dividendin ödənilməsi həyata keçirilmişdir",- Birjadan "Kommersant"a bildirilib.
"Bakı Fond Birjası" 2017-ci ili 1 milyon 471 min manat xalis mənfəətlə başa vurmuşdur.
Dövlət qiymətli kağızlarının (Maliyyə Nazirliyinin istiqrazları və Mərkəzi Bankın notları) emissiyası artdığından birjanın əqdlər üzrə tarif gəlirləri kəskin artmışdır.
"Bakı Fond Birjası"nın səhmdarları