"Filialın rəhbəri vəzifəsinə ön ofis əməkdaşının təyin edilməsi daha doğrudur" - MÜSAHİBƏ
Təbiətcə, mən çox ünsiyyətcil, hər şey ilə maraqlanan və yeniliklərə açıq insanam. Düşünürəm ki, məhz bu cəhətlər həm kollektiv ilə, həm də müştərilər ilə işdə yardımçım oldu. Və əlbəttə ki, humanitar təhsilimə baxmayaraq, riyaziyyat ilə dostluğum da bu işdə əhəmiyyətli rol oynadı.
İndi Sizinlə söhbət etdikcə anlayıram ki, AccessBank-da çalışdığım illər ərzində bir dəfə də olsun iş yerimi dəyişmək barədə düşünməmişəm. Bu gün əminliklə deyə bilərəm ki, Bankda 13 illik fəaliyyətim təkcə karyera deyil, həm də bir şəxsiyyət kimi hərtərəfli inkişafıma da kömək etdi. Bu neçə ildə topladığın təcrübə təkcə rəhbərlik etməyə deyil, həm də həmkarlarımla həmin təcrübəni bölüşməyə imkan yaradır. Bəlkə də bu gün artıq mənim öz pərəstişkarlarım var və mən həmkarlarım üçün nümunəyəm.
Digər vacib məqam istedadın nədən ibarət olmasını mümkün qədər erkən yaşlarda aşkar etməkdir. Hər bir insan istedadlı və ürəyincə olduğu sahədə bir çox şeylərə nail olur. Düzgün fəaliyyət seçimini etmək çox vacibdir – bu halda insan həm işindən məmnun olur, həm öz üzərində çalışaraq yenilikləröyrənir, həm də xasiyyətinin güclü tərəfləri özünü büruzəverərək mükəmməl nəticələrə nail olur.
Şəxsən özüm haqqında deyə bilərəm ki, insanlarla ünsiyyət qurmaq istedadımı vaxtında aşkar etdim. Bu mənə dərin bilik və bacarıqlar bəxş etməklə yanaşı, həm də komandada işləmək, öz üzərimdə çalışıb inkişaf etmək imkanı yaratdı. Şəxsən mən hesab edirəm ki, uğurun açarı özündə aşkar etdiyin istedadın daim cilalanmasıdır.