“AFB Bank” ASC-nin Müşahidə Şurasına və Audit Komitəsinə yeni təyinatlar olub.
"Kommersant.az"ın əldə etdiyi məlumata görə, səhmdarlarının qərarı ilə 1984-cü il təvəllüdlü Famil Kərimov Qalib oğlu kommersiya bankının Müşahidə Şurasına üzv seçilib.
Bankın Audit Komitəsinə Müşfiq Şabiyev Valeh oğlu sədr (bundan öncə A.K.-nin üzvü idi), Ruslan Hüseynov Zahid oğlu və Samir Ağazadə Seyidəhməd oğlu isə üzv təyin edilib.
Bundan öncə Audit Komitəsində yer alan Faiq Abdullayev Faust oğlu isə vəzifəsindən ayrılıb.