USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Paylaş və qazan!

15.02.2022 Bank
1 0
AccessBank-ın təklif etdiyi myCard Junior kartı 7-18 yaş arası uşaq və yeniyetmələr üçün böyük imkanlar təqdim edir. Kartın yeni imkanlarından biri də dostlarını myCard Junior ailəsinə gətirənlərin pul qazanmasıdır. Necə? Çox sadə:

1. Kart sahibi promo kodunu dostları ilə paylaşır. Promo kod dəfələrlə istifadə oluna
bilər.

2. Dostlarının valideynləri AccessBank-da myCard Junior kartını sifariş edərkən alınan promo kodu təqdim edirlər. Kartın qiyməti 20 AZN-dir.

3. Promo kodunu paylaşan kart sahibi cəlb etdiyi yeni müştərilər birlikdə 500 manat və daha artıq məbləğdə nağdsız ödənişlər etdikdə (kommunal ödənişlər və kartdan karta pul köçürmə əməliyyatları istisna olmaqla) aylıq 20 AZN bonus qazanacaq. Bonus kampaniya davam edəcək hər 3 ayın əvvəlində ödəniləcək.

Bununla da kifayətlənməyin! Daha çox paylaşın, daha çox qazanın!

Ətraflı məlumat üçün: https://bit.ly/3sHpo0K

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla 29 filialı fəaliyyət göstərir.

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin https://www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına ( Facebook , Instagram, LinkedIn) daxil olmaq olar.