USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bankirlər Şuşada toplaşacaq

18.02.2022 Bank
0 0
Gələn ay Şuşada Azərbaycan banklarının rəhbər şəxslərinin iştirakı ilə görüş keçiriləcək.

Görüş Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə baş tutacaq.

Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində reallaşdırılan layihələr barədə təqdimatlar ediləcək, bankların bu layihələrin maliyyələşdirilməsində iştirak imkanları müzakirə olunacaq.