USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank Respublika”da daha bir icraçı direktor təyin edilib

07.04.2022 Bank
0 0
“Bank Respublika” ASC-nin daha bir icraçı direktoru təyin edildi.

"Kommersant.az" xəbər verir ki, bu Hüseyn Əfəndiyev bankın Hüquq komplayens və problemli kreditlər üzrə icraçı direktoru təyin edilib.

Qeyd edək ki, H.Əfəndiyev uzun müddətdir bank sektorunda çalşır. 2007-ci ilin sentyabrından 2012-ci ilin avqustunadək “Unibank KB” ASC-də hüquqşünas kimi, 2012-ci ilin avqustundan 2015-ci ilin martındadək Azərbaycan Mərkəzi Bankında böyük hüquqşünas kimi, 2015-ci ilin martından 2017-ci ilin yanvarınadək “AccessBank” QSC-də Hüquq departamentinin direktor müavini, həmin tarixdən 2022-ci ilin aprelindək isə “Bank Respublika ASC-nin İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışırdı.