USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yelo Bank-dan gələcəyin İT mütəxəssisləri üçün öyrədici və təcrübə qazandıran proqram

15.04.2022 Bank
0 0
İT sahəsi sürətlə inkişaf edir və bu sahə üzrə mütəxəssislərə tələb hər gün daha da artır. Əgər siz də özünüzü və gələcək karyeranızı İT sahəsində görürsünüzsə, Yelo Bankın yeni layihəsi məhz sizin üçündür. “Yelo IT Lab” proqramı dinamik və potensial gənclərə həm İT sahəsini öyrədəcək, həm real təcrübə qazanmaq imkanı yaradacaq.

İstedadlı və motivasiyalı son kurs tələbələri və universiteti yeni bitirmiş məzunlar bu tədris-karyera proqramına qoşula bilərlər. Proqramda iştirak etmək üçün heç bir təcrübə tələb olunmur. Proqram maliyyə və İT üzrə 20 ildən çox beynəlxalq təcrübəyə malik «GNI Software» şirkəti ilə birgə həyata keçirilir. 3 aylıq proqram çərçivəsində Yelo Bank-ın və İT həlləri üzrə ixtisaslaşmış «GNI Software» şirkətinin peşəkar əməkdaşları tərəfindən təlimlər keçiriləcək. Təlim sonrası isə Bank-ın komandası ilə “Agile” metodologiyasında real iş mühiti ilə tanış olacaqlar. Proqramının sonunda seçilmiş iştirakçılar Yelo Bank-da işlə təmin olunacaq.

“Yelo IT Lab” proqramında iştirak etmək üçün tələb olunan meyarlara uyğun namizədlər 28 aprel, 2022 tarixinə kimi https://bit.ly/ylpsdcv linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Yerlər məhduddur, bu şansdan yararlanmağa tələsin. Hər kəsə uğurlar!

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq! Yelo Bank vakansiya elanları ilə rəsmi veb-saytda tanış ola bilərsiniz.

Yelo Bank – Parlaq bankçılıq!