15 aprel 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50402096S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 8 investor [bank] tərəfindən qiymət intervalı 96.6184 (5%) və 97.8090 (3.2%) olan 12 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 177 669 600 manat olmuşdur.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 97.7756 (3.25%) , orta ölçülmüş qiyməti isə 97.7965 (3.22%) olaraq müəyyən edilmişdir.
Mərkəzi Bank bu hərracları, hansı ki 252 gün tədavül müddəti var bu notların – çox böyük intervalla həyata keçirir, lakin son həftədə ikinci belə hərrac keçirildi. Sonuncu hərrac aprelin 8-də orta ölçüdə 3.8%-də idi.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib.
Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.