Aprel ayı Autizm Maarifləndirmə ayı kimi qeyd edilir. Bu münasibətlə Yelo Bank-ın və "GID CSR Consulting”in birgə təşəbbüsü ilə növbəti sosial tədbir həyata keçirilib.
"Kommersant.az" xəbər verir ki, "Balaca əllərlə rəngli yuvalar" adlı tədbir 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzində baş tutub. Layihənin əsas məqsədi Mərkəzdə müalicə alan uşaqlara erkən yaşlarından təbiətdəki dostlarımıza qarşı mərhəmət, sevgi hisslərini aşılamaqdır.
Tədbir autizm spektrli və sağlamlıq imkanları məhdud uşaqlarla iş üzrə ixtisaslaşmış psixoloqun interaktiv təlimi ilə başladı və daha sonra quşlar üçün yuvaların qurulması ilə davam etdi. Yekunda uşaqlara Yelo Bank tərəfindən sertifikat və hədiyyələr təqdim olundu. Uşaqların imzası ilə tamamlanmış quş evlərindən bir neçəsi Reabilitasiya Mərkəzinin bağçasındakı ağaclarda yerləşdirildi, digərlərini isə tezliklə Bakı şəhərindəki digər park ərazilərində görə biləcəksiniz.
Xatırladaq ki, bu, Yelo Bank-ın sahibsiz heyvanların qayğısı üçün həyata keçirdiyi ilk sosial layihə deyil. Bundan öncə bank əməkdaşlarının övladları pişik evləri hazırlamış və küçə heyvanlarının xüsusiyyətləri ilə və onlara düzgün rəftarla bağlı interaktiv təlimdə iştirak etmişdi. Hazırda pişik evləri müxtəlif ictimai-iaşə obyektlərinin qarşısında yerləşdirilib.
Yelo Bank autizmli və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün daha gözəl bir mühitin formalaşdırılması naminə sosial layihələrinə davam edəcək.
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!