Dövlət bankı Azər Türk Bankın 01 aprel 2022-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 32% artaraq, 439,2 milyon manat səviyyəsində olmuşdur.
Bankın kredit portfelinin həcmi 238,6 milyon manat təşkil etmişdir ki, bu da ötən ilki göstəriciyə nisbətən 47% çoxdur.
Bankın məcmu kapitalının həcmi 3,5% artaraq, 52 milyon manat olmuşdur. Məcmu kapitalın adekvatlığı 21%, leverec əmsalı 11% səviyyəsində olmuşdur ki, bu da müəyyən edilmiş normadan yüksəkdir.
Ümumi gəlirlər 9,6 milyon manat, xərclər 9,4 milyon manat təşkil etmişdir. Birinci rübdə Bank 226,5 min manat həcmində xalis mənfəət əldə edib.
Cəmi bank öhdəliklərinin həcmi 381,7 milyon manat təşkil etmişdir.
Bank 138,8 milyon manat həcmində depozit cəlb etmişdir ki, bunun da 42 milyon manatı əhalinin əmanətləridir.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.