USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Günay Bank” I rüb üzrə hesabatını təqdim edib

25.04.2022 Bank
0 0
Ölkənin korporativ bankçılıq istiqamətində aparıcı banklarından biri olan “Günay Bank” cari ilin 1-ci rübünə dair hesabatını açıqlamışdır.

Hesabata nəzər salanda məlum olur ki, “Günay Bank” ASC böyüməkdə davam edir.
Belə ki, ilin əvvəlinə nisbətən Bankın ümumi aktivləri 4 341 000 manat yaxud 2 faiz çoxalmışdır.
Eyni zamanda Bankın kredit portfelində də, ilin əvvəli ilə müqayisədə 3 531 000 manat və ya 2 faiz artım baş vermişdir.
2022-ci ildə 30 illik fəaliyyətini qədəm qoyan “Günay Bank” öz inkişaf tendensiyasını davam etdirməklə gələcək uğurlarına doğru irəliləyir.