USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kredit kartlarının sayı 161 min ədəd artdı

30.06.2018 Bank
0 0
2018-ci ilin May sonunda cəmi ödəniş kartlarının sayı 6 milyon 72 min ədəd təşkil edib.

"Kommersant" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, Aprel ayı ilə müqayisədə Mayda ödəniş kartlarının sayı 50 min ədəd artıb.

Aprel ayı ilə müqayisədə Mayda sosial kartların sayı 2 min ədəd artaraq 2 milyon 513 min ədədə qalxıb, əməkhaqqı kartlarının sayı isə 12 min ədəd azalaraq 1 milyon 878 min ədədə düşüb. Digər debet kartlarının sayı 31 min ədəd artaraq 897 min ədədə, kredit kartlarının sayı isə 29 min ədəd artaraq 784 min ədədə qalxıb.

Qeyd edək ki, ötən ilin sonu ilə müqayisədə bu ilin 5 ayı ərzində kredit kartlarının sayı 161 min ədəd, sosial kart və əməkhaqqı kartı olmayan debet kartların sayı isə 82 min ədəd artıb.