Əmanətlərin Sığortalanması Fondu bankın kreditorlarını məhkəməyə çağırır
1
0
Ləğv prosesində olan “Dəmirbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu bildirir ki, bankın kreditorlarının ləğvedici tərəfindən etiraz edilmiş tələblərin siyahısına dair dinləmələr Bakı Apellyasiya Məhkəməsində 6 iyul 2018-ci il saat 14.30-da davam etdiriləcək.
"Kommersant" xəbər verir ki,Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin tələblərinə etiraz olunmuş kreditorlarından tələblərini təsdiqləyən sübutları təqdim edərək məhkəmə iclasında iştirak etmələrini xahiş edir.
Bakı Apellyasiya Məhkəməsi
Bakı, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə.
Telefon: (99412) 538-16-08, 538-19-02.
Faks: (99412) 510-53-48.