“Günay Sığorta” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının Qərarına əsasən Mirzəyev İlkin Şahin oğlu İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilib.
"Kommersant" xəbər verir ki, bu barədə Fins-ə şirkətdən bildirilib.
Xatırladaq ki, İlkin Mirzəyev 2008-ciildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə Kredit fakültəsinə daxil olmuş və 2012-ci ildə təhsilini bitirdikdən sonra 2012-2013-cü illərdə "Türk Sigorta Enstitüsü Vakfı"nın (TSEV) Sığorta mühasibatlığı sahəsi üzrə təhsilini davam etdirmişdir. 2013-cü ildə Azərbaycan Sənaye Sığorta ASC-də mühasibat və Daxili Audit xidmətində çalışıb. 2016-cı ildən Günay Sığorta ASC-nin Daxili Audit Xidmətinin rəhbəri vəzifəsinə təyin olunub. Sığorta sahəsində ölkə xaricində və daxilində çox saylı layihələrdə və seminarlarda iştirak edib.
Aprel ayında İdarə Heyətinin sədri Həsən Bədəlov yenidən Müşahidə Şurasının üzvü seçilmişdi. "Günay Sığorta" ASC-nin Səhmdarların Ümumi Yığıncağının qərarı əsasında Axundov Eldar Fikrət oğlu "Günay Sığorta" ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini və sədri vəzifələrini müvəqqəti icra edən təyin edilmişdi.
2017-ci ilin yanvar-may dövründə 4 milyon 272 min manat sığorta haqları toplamış "Günay Sığorta", 2018-ci ilin yanvar-may dövründə cəmi 2 milyon 937 min manat sığorta haqları toplamağa nail olub (Yığımlarda 31% azalma).