USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan bank sektorunun xarici öhdəlikləri azalıb

02.07.2018 Bank
0 0
Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəlikləri bu il iyunun 1-nə 1 863,8 mln. manat təşkil edib.

"Kommersant" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bu, mayın 1-i ilə müqayisədə 36 mln. manat və yaxud 1,9% azdır. Son 1 ildə isə kommersiya banklarının xarici öhdəlikləri 4 965,4 mln. manat və ya 3,7 dəfə azalıb. İlin əvvəlindən isə bu göstəricidə 444,5 mln. manat və ya 19,3% azalma qeydə alınıb.