USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bankların dollar satışı azalıb - RƏQƏMLƏR

02.07.2018 Bank
1 0
Ötən ay ilə müqayisədə dolların satışı 3 dəfə azalıb.

"Kommersant" Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı icmala əsasən xəbər verir ki, banklar ümumilikdə may ayında 187 milyon 484 min manat həcmində dollar satıb. Halbuki, 2018-ci ilin aprel ayında banklar müştərilərə 545 mln. 659 min manatlıq dolllar satıb. Lakin bankların dollar alışında ötən ay ilə müqayisədə 20% artım müşahidə edilir. Belə ki, banklar 160 mln. 394 min manat həcmində əhalidən dollar alıb.

AMB-nin açıqladığı icmalda Avronun alış və satışında artım nəzərə çarpır. Banklar 2018-ci ilin may ayında 22 mln. 53 min manat həcmində avro aldığı halda, 67 mln. 460 min manat həcmində avro satıb. Bu göstəricini 2018 ci ilin ən yüksək göstəricisi kimi hesab etmək olar.