Dövlət bankı Azər Türk Bank cari ilin sentyabr ayından etibarən ali məktəblərin bakalavr pilləsinin məzunları və magistr tələbələr üçün “Rəqəmsal imkanlar” adlı təcrübə proqramına start verəcəkdir.
Gənc mütəxəssislərə karyera imkanlarının yaradılmasıməqsədi ilə təşkil olunmuş bu layihədə universiteti yenibitirmiş və bankın fəaliyyət istiqamətinə uyğun ixtisaslarüzrə təhsil almış şəxslərə üstünlük veriləcəkdir.
Baş ofis və rəqəmsal filiallarda reallaşdırılacaq proqramınmüddəti 3 aydır. Bu müddət ərzində iştirakçılar bankınreal iş mühiti ilə tanış olacaq, praktiki biliklərə yiyələnməkimkanı əldə edəcəklər. Proqramı uğurla yekunlaşdırantəcrübəçilərin yaranacaq vakansiyalar üzrə namizədliyinəBank tərəfindən baxılması nəzərdə tutulub.
Proqramda iştirak etmək istəyən şəxslər 15 sentyabrtarixinədək bu keçid vasitəsilə Banka müraciət edəbilərlər.
Daha ətraflı məlumatı https://atb.az saytından, Bankınsosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli ÇağrıMərkəzindən əldə etmək olar.