USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan banklarının kredit portfeli 3.5 mlrd. manatdan çox artıb

22.08.2022 Bank
0 0
Cari ilin 31 iyuluna olan məlumata əsasən, Azərbaycan banklarının kredit portfeli illik müqayisədə 3 mlrd. 520.9 mln. manat və ya 23.5% artaraq 18 mlrd. 487.4 mln. manata çatıb.

Bu kreditlərin 56.8%-i və ya 10 mlrd. 497 mln. manatı biznes kreditlərinin, 28.8%-i və ya 5 mlrd. 315 mln. manatı istehlak kreditlərinin, 14.4%-i və ya 2 mlrd. 675.4 mln. manatı ipoteka kreditlərinin payına düşür.

İllik müqayisədə həm biznes, həm istehlak, həm də ipoteka kreditlərinin həcmində artım müşahidə olunur. Bu artım müvafiq olaraq 20.3%, 32.1% və 20.9%-dir.