AccessBank ölkənin ən güclü 5-liyində!
0
0
İyul ayında açıqlanmış 2022-ci ilin ikinci rüb nəticələrinə əsasən, AccessBank fiziki şəxslərin depozit yatırımlarına görə ölkənin ilk beşlikdə olan bankları arasında yer alıb. Belə ki, fiziki şəxslərin Banka yerləşdirdikləri depozitlərin həcmi 659 milyon AZN-ni keçib.
AccessBank-a depozit yerləşdirməyin üstünlükləri:
• Tamamilə beynəlxalq səhmdarlara malikbankın müştərisi olursunuz.
• Sərfəli depozit faizi əldə edirsiniz.
• Banka yerləşdirilən depozitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur.
2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərən AccessBank-ın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilatlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir.