USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank üç gün ərzində kartlarla əməliyyatlar sistemində sınaq işləri aparacaq

06.09.2022 Bank
0 0
Mərkəzi Bank tərəfindən Banklararası Kart Mərkəzinin texniki infrastrukturunun modernizasiyası çərçivəsində sınaq işlərinin aparılması barədə Mərkəzi Bank tərəfindən ölkənin kart infrastrukturu vasitəsilə aparılan əməliyyatlar zamanı effektivliyin və səmərəliliyin yüksəldilməsi, həmçinin təhlükəsizliyin təmin edilməsi məqsədilə 2016-cı ildə yaradılmış Banklararası Kart Mərkəzinin etibarlı fəaliyyəti daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə davamlı olaraq modernizasiya tədbirləri həyata keçirilir.

Mərkəzi Bankdan verilən məlumata görə, bu tədbirlər çərçivəsində Banklararası Kart Mərkəzinin müasir standartlar əsasında yenilənmiş texniki infrastrukturunun fövqəladə hallar zamanı davamlığının qiymətləndirilməsi məqsədilə 07.09.2022-ci il tarixindən başlayaraq 3 gün müddətinə saat 03:00-04:00 aralığında (mübadilə kanallarında qısa müddətli kəsilmə ilə) sistemin fəaliyyətinin ehtiyat mərkəzlərindən təmin edilməsilə müvafiq sınaq işlərinin aparılması planlaşdırılır.