USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bankların kredit portfeli artıb - RƏQƏMLƏR

03.07.2018 Bank
1 0
Azərbaycan Mərkəzi Bankı bankların 2018-ci ilin may ayı üzrə olan göstəricilərini açıqlayıb

"Kommersant" xəbər verir ki, ümumilikdə 2018-ci ilin may ayında banklar 11 milyard 945 milyon manat həcmində kredit verib. Bu göstəricilər 2018-ci il üzrə ən yüksək nəticədir. Lakin 2017-ci ilin müvafiq dövründə bu göstərici 14 milyard 794 milyon manat olub.

Banklar, 2018-ci ilin may ayında həm milli, həm də xarici valyuta ilə kredit veriblər. Belə ki, milli valyuta ilə verilən kreditlərin 1 milyard 172 milyon manatı qısamüddətli, 6 milyard 159 milyon manatı isə uzunmüddətli kreditlərdir. Həmçinin, banklar xarici valyuta ilə 1 milyard 171 milyon manat qısamüddətli, 3 milyard 442 milyon manat isə uzunmüddətli kreditlər verib. Halbuki, 2017-ci ilin may ayında qısamüddətli kreditlərin həcmi 1 milyard 774 milyon manat, üzunmüddətli kreditlər isə 5 milyard manat olub.