USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda ləğv prosesində olan bank cərimələndi

01.11.2022 Bank
0 0
Ləğv prosesində olan “Amrahbank” ASC barəsində cərimə protokolu yazılıb.

Şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Protokol hakim Babək Pənahovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Xatırlatma: 2020-ci il aprelin 27-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə "Atabank" ASC-nin lisenziyası ləğv edilib.