“Yelo Bank-ın inkişaf strategiyasındakı hədəflər artıqlaması ilə yerinə yetirilir” - Samir Şahkərimov
Real sektorun maliyyələşdirilməsində Bankımız hər zaman maraqlıdır. Cari il ərzində Yelo Bank tərəfindən verilmiş kreditlərin 67%-i mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə ayrılıb. Bu kreditlər isə Bankın ümumi kredit protfelinin 65%-ni təşkil edir. Ümumilikdə cari il ərzində sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi məqsədilə tərəfimizdən 288.4 milyon manat həcmində biznes krediti verilib. Sahibkarların ilbəil artan maliyyə tələbatı tendensiyasını nəzərə alsaq, qarşıdakı dövrlərdə bu nisbətin bir qədər də artacağı gözlənilir. Onu da vurğulayım ki, cari ilin 3-cü rübünün sonuna olan statistik məlumata əsasən, Yelo Bank biznes kredit portfelinin artım dinamikasına görə ölkə bankları arasında birinci yerdədir.
Sahibkarlıq fəaliyyətinin istənilən sahəsi tərəfimizdən maliyyələşdirilir, lakin daha çox kredit ayrılan sektorlar ticarət, xidmət və kənd təsərrüfatıdır. Ölkədə qeyri-neft sektorunun inkişafına olan maraq, real sektorun bu sahələrinə davamlı investisiyanı vacib edir. Bank olaraq bu imkanları reallaşdırmaq prioritetimizdir.
Ardınca daha innovativ və tam rəqəmsal Mikro Biznes kredit kartını istifadəyə verdik. Xidmətin üstünlüyü ondadır ki, hətta Banka ilk dəfə müraciət edən sahibkar bütün kreditləşmə prosesini təmin edən mobil tətbiqimiz sayəsində kartı tam onlayn əldə etmiş olur. Bundan başqa kredit ödənişi qismində ödənilən məbləğlər müştərinin biznes kartına köçür və bu vəsaiti yenidən istifadə etmək imkanı yaranır.
Təbii ki, yeniliklərimiz bununla bitmir. Sahibkarların dəyişən ehtiyaclarını mütəmadi olaraq müxtəlif vasitələrlə araşdırırıq. Planımız sahibkarların fəaliyyət istiqamətinə, başqa sözlə, biznes sektorlarının maliyyə tələbatına uyğun məhsulların hazırlanmasıdır. Hazırda bu istiqamətdə yeni layihə üzərində işlər gedir və yaxın gələcəkdə müştərilərimizin istifadəsinə veriləcək.
Bank xidmətləri, həmçinin, mikro kredit (https://www.yelo.az/az/business/loans/micro-loans/) haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapphesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!