USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda banklar investisiya xidmətləri göstərəcəklər

14.11.2022 Bank
0 0
Azərbaycanda banklar investisiya xidmətləri göstərə biləcəklər.

Bunu Azərbaycan Mərkəzi Bankının Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktor müavini Samir İsmayılov deyib.

O bildirib ki, maliyyə vasitəçiliyinin təkmilləşdirilməsi üçün bankların kapital bazarında iştirakı nəzərdə tutulur:

“Banklar da artıq kapital bazarında xidmətlər göstərə biləcəklər. Bu isə regionlarda həm emitentlərin, həm investorların kapital bazarında iştirakını daha da genişləndirəcək. Bu istiqamətdə aktiv işlər aparılır”.

S.İsmayılov əlavə edib ki, bankların göstərəcəyi investisiya xidmətlərinin dairəsi isə AMB İdarə Heyətinin qərarı ilə təsdiq ediləcək.