Azərbaycanda regionların kreditləşməsi prosesi illik müqayisədə 106,1 mln. manat və ya 4,8% azalaraq 2018-ci il iyunun 1-nə 2,114 mlrd. manat təşkil edib.
"Kommersant" xəbər verir ki, hesabata əsasən, ölkə üzrə cəmi kredit qoyuluşunun 17,7%-i bölgələrin payına düşüb. Regionlar üzrə ən çox kredit qoyuluşu Aran iqtisadi rayonunda (513,5 mln. manat) qeydə alınıb. Eyni zamanda ən yüksək orta faiz dərəcəsi də (illik 22,8%) bu regionda müşahidə olunub.
Qeyd edək ki, 2018-ci il iyunun 1-nə ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşu 11,946 mlrd. manat təşkil edib və bunun 9,832 mlrd. manatı və ya 82,3%-i Bakı şəhərini əhatə edib. Ölkədə kreditlər üzrə orta faiz dərəcəsi illik 12,0% təşkil etdiyi halda, Bakıda 10,4% olub, regionlarda isə 8,6-22,8% arasında dəyişib.