USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

2022-ci ildə banklara satılan dolların həcmi açıqlanıb

29.12.2022 Bank
0 0
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə 2022-ci il üzrə sonuncu valyuta hərracı keçirilib. Hərracda tələb $63.4 olub və tam təmin edilib.

Kommersant.az AMB-yə istinadən xəbər verir ki, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (27 dekabr 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 7.4% və ya $4.4 mln. artıb.

Qeyd edək ki, bu ilin dekabr ayında Dövlət Neft Fondu vasitəsilə banklara $595.9 mln. (ötən ilin eyni dövrünə nisbətən 40% az) satılıb. Ümumilikdə isə, 2022-ci ildə bankların tələbi $5.2 mlrd. təşkil edib.