Bu ilin beş ayında Bakıda işçilərin orta aylıq nominal əməkhaqqı səviyyəsi əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 faiz artaraq, 789,0 manat olub
"Kommersant"ın Oxu.az-a istinadla məlumatına görə, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə qeydə alınıb. Ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub. Qeyd edək ki, paytaxtda muzdla işləyənlərin sayı 705 657 nəfər təşkil edir.