Bu BOKT-un xalis gəliri 2 milyon manatdan çox azalıb
"Kommersant" təşkilatın maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il "TBC Kredit"in faiz gəlirləri 5 milyon 564 min manat, faiz xərcləri isə 2 milyon 120 min manat təşkil edib. Nəticədə 3 milyon 444 min manat xalis gəlir əldə edilib. Belə ki, bu BOKT-un hesabat dövründən əvvəlki il üzrə olan nəticələri ilə müqayisədə, 2017-ci ildə xalis gəlir 2 milyon 177 min manat azalıb.
Həmçinin, ehtiyatlardan 1 milyon 202 min manat azad olub və cəmi gəlir 4 milyon 646 min manata yüksəlib. İnzibati və digər xərclər çıxıldıqdan sonra 1 milyon 569 min manat mənfəət yaranıb. Mənfəətdən 381 min manat mənfəət vergisi ödənilib.
2016-cı ildə "TBC Kredit"in faiz gəlirləri 8 milyon 299 min manat təşkil etsə də, ehtiyatlara 9 milyon 364 min manat ayrıldığından təşkilat həmin ili zərər ilə bağlamışdı.
31 Dekabr 2017-ci il tarixində "TBC Kredit"in cəmi aktivləri 25 milyon 326 min manat, o cümlədən müştərilərə verilmiş kreditlər 19 milyon 290 min manat təşkil etmişdir. 2016-cı ilin sonunda təşkilatın kredit portfeli 26 milyon 193 min manat, o cümlədən kredit portfeli 20 milyon 206 min manat təşkil etmişdi. "TBC Kredit" 2018-ci ildə kredit şərtlərini daha sərfəli edib və fəaliyyətini gücləndirib.
"TBC Kredit"in səhmlərinin 75% Gürcüstanın aparıcı banklarından olan "TBC Bank"a, 25% isə "Triodos Ventures"ın ( ABŞ) üzvü olan "Enclude" şirkətinə (əvvəlki Shore Overseas Azerbaijan) məxsusdur.