USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əcnəbilərin bank kartları ilə xərcləmələri 2 dəfəyə yaxın artıb

30.12.2022 Bank
0 0
2022-ci ilin noyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 158.1 milyon manat təşkil edib.

Banker.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

202-ci ilin noyabrında bu xərcləmələr ötən ilin müvafiq ayı ilə müqayisədə 7 milyon manat və ya 4.4% artıb.

Cari ilin ilk 11 ayındakı artım (ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə) isə 2 dəfəyə yaxın olub. Belə ki, 2022-ci ilin yanvar-noyabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 2 milyard manatlıq əməliyyat aparıblar. Ötən ilin analoji dövründə isə bu göstərici 1.1 milyard manat təşkil edib.