USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“PAŞA Bank”da yeni təyinatlar olub

17.01.2023 Bank
0 0
“PAŞA Bank” ASC- Maliyyə blokunda iki təyinat baş tutub.

Bankdan verilən məlumata görə Kamil Allahverdiyev bloka daxil olan Xəzinədarlıq departamentinin direktoru təyin edilib. O, bu vəzifədə Ceyhun Hacıyevi əvəzləyib.

K.Allahverdiyev bundan öncə bankla paralel “PAŞA Kapital İnvesitiya Şirkəti” QSC-də, daha əvvəl isə “FINCA qeyri-bank kredit təşkilatı” MM-də çalışıb.

Rəşad Məmmədov isə Maliyyə idarəedilməsi departamentinin Mühasibatlıq və Vergi şöbəsinin rəhbəri, Baş mühasib vəzifəsini müvəqqəti icra edən təyin edilib. O, baş mühasib vəzifəsində Elvira Xamidulina Rəşidovnanı əvəz edib.