“Unibank KB” ASC-nin komitələrində dəyişikliklər baş verib. Belə ki, sözügedən bankın İnformasiya Texnologiyaları üzrə Komitəsinin dörd üzvü hazırki komitə sırasında yer almayıb.
Kommersant.az xəbər verir ki, Samir Mustafayev, Oleq Kuçerov və Yalçın Tarverdiyev üzvlükdən kənarlaşıb Fərid Məmmədzadə isə bankı tərk edib. O, 6 il idi ki, “Unibank” ASC-nin baş texnologiya inzibatçısı kimi çalışırdı.
Bununla yanaşı sözügedən komitəyə yalnız bir nəfər əlavə edilib. 2013-cü ildən etibarən bankda fəaliyyət göstərən Ruslan Abdullayev ümumilikdə 9 ildən çoxdur ki, Bankın İT sahəsində müxtəlif qollarında fəaliyyət göstərib. Azərbaycan Texniki Universitenin məzunu olan R.Abdullayev İnformasiya Texnologiyaları üzrə Komitəsinin üzvlük sırasına adını yazdıra bilib.
Murad Qurbanov(sədr)
2. Emin Ələsgərov
3. Yusif Məlikov
4. Tural Həsənov
5. Ruslan Abdullayev
6. Səttar Kazımov
7. Novruz İbrahimov
8. Emin Quliyev (daimi dəvətli)