Azərbaycan Mərkəzi Bankında (AMB) kadr təyinatı aparılıb.
Kommersant.az-ın Mərkəzi Banka istinadən məlumatına görə, Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru vəzifəsinə Umeyra İbrahimova təyin edilib.
Müvafiq sərəncam AMB-nin sədri Taleh Kazımov tərəfindən imzalanıb.
Xatırladaq ki, daha əvvəl AMB-nin Kapital bazarına nəzarət departamenti Kapital bazarı siyasəti və fəaliyyətinə nəzarət departamenti olaraq adlandırılıb.