“Kapital Bank” 2022-ci ilin dördüncü rübünə olan hesabatını açıqlayıb.
Kommersant.az bankın açıqladığı hesabata istinadən xəbər verir ki, “Kapital Bank”-ın cəmi aktivləri 2022-ci ilin son rübündə 7 milyard 822 milyon manat olub ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 1 milyard 112 milyon çoxdur. Belə ki, bankın 2021-ci ilin sonunda cəmi aktivləri 6 milyard 709 milyon manat olub. Bunun səbəbi isə bankın müştərilərinə verilmiş kreditlərini 2021-ci ilin dördüncü rübü ilə müqayisədə 505 milyon 209 min manat artaraq 3 milyard 157 milyon manat olub. Müştərilərə verilən kreditlərin artması isə “Kapital Bank”ın istehlak kreditlərinin 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 230 milyon 722 min manat artaraq 1 milyard 833 milyon manata, biznes kreditlərinin 149 milyon 135 min manat artaraq 908 milyon 342 min manata, daşınmaz əmlak kreditləri isə 125 milyon 351 min manat artaraq 416 milyon 321 min manata çatmasıdır.
Bankın müştərilərə verdiyi xalis kreditlərin həcmi 508 milyon 492 min manat artaraq 2 milyard 789 milyon manata yüksəlib. Bundan başqa “Kapital Bank” mümkün zərərlər üçün yaradılan məqsədli ehitatını 3 milyon 282 min manat azaladaraq 368 milyon 193 min manata endirib.
Depozit portfelini 2021-ci ilin eyni dövrü ilə müqayisədə 906 milyon 206 min manat artıran “Kapital Bank” sözügedən portfelini 6 milyard 98 milyon manata yüksəldib. Bunun səbəbi isə bankın fiziki şəxslərdən topladığı əmanətlərin 477 milyon 894 min manat artaraq 1 milyard 642 milyon manat, şirkətlərdən (hüquqi şəxslərdən) yığdığı əmanətlər isə 428 milyon 313 min manat artaraq 4 milyard 456 milyon manata yüksəlməsidir. Bütün bunlar isə “Kapital Bank”ın cəmi öhdəliklərini 934 milyon 191 min manat manat artıraraq 6 milyard 995 milyon manata çatdırıb.
Səhmdar kapitalını 20 milyon manat artıraraq 265 milyon 850 min manata, bölüşdürülməmiş mənfəətini 154 milyon 772 min manat artıraraq 517 milyon 817 min manata, ümumi ehtiyatlarını isə 3 milyon 678 min manat artıraraq 42 milyon 179 min manata çatdıran “Kapital Bank”ın cəmi kapitalı 178 milyon 450 milyon çoxalaraq 826 milyon 646 min manata çatıb.
Faiz gəlirini 135 milyon 193 min manat artıraraq 609 milyon 374 min manata, faiz xərclərini isə 15 milyon 313 min manat yüksəldərək 84 milyon 61 min manatda qərarlaşdıran bankın xalis faiz gəliri 525 milyon 313 min manata bərabər olub. Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 119 milyon 880 min manat çoxdur.
Qeyri-faiz gəliri 93 milyon 79 min manat artaraq 393 milyon 915 min manata, qeyri-faiz xərcini isə 121 milyon 391 artıraraq 458 milyon 766 min manata çatdıran “Kapital Bank”ın əməliyyatdan əldə etdiyi mənfəəti 91 milyon 568 min manat artaraq 460 milyon 462 min manata çatıb.
“Kapital Bank”ın xalis mənfəəti 2021-ci ilin dördüncü rübü ilə müqayisədə 128 milyon 84 min manat artaraq 308 milyon 47 min manata yüksəlib.
Bankın tutumlardan sonrakı məcmu kapitalı isə 141 milyon 730 min manat artaraq 801 milyon 637 min manata bərabər olub.
Kapital Bank
2022 (IV Rüb)
2021 (IV Rüb)
Fərq
Cəmi Aktivlər
7.822.164
6.709.523
1.112.641
Kredit
3.157.769
2.652.560
505.209
İstehlak kreditləri
1.833.106
1.602.384
230.722
Biznes kreditləri
908.342
759.207
149.135
Daşınmaz əmlak kreditləri
416.321
290.970
125.351
Xalis Kreditlər
2.789.577
2.281.085
508.492
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat
-368.193
-371.475
3.282
Cəmi Öhdəliklər
6.995.518
6.061.327
934.191
Depozit
6.098.625
5.192.419
906.206
Fiziki şəxslərin depozitləri
1.642.452
1.164.558
477.894
Hüquqi şəxslərin depozitləri
4.456.174
4.027.861
428.313
Cəmi Kapital
826.646
648.196
178.450
Səhmdar kapitalı
265.850
245.850
20.000
Bölüşdürülməmiş mənfəət
517.817
363.045
154.772
Ümumi ehtiyatlar
42.179
38.501
3.678
Faiz Gəliri
609.374
474.181
135.193
Faiz Xərci
84.061
68.748
15.313
Xalis Faiz Gəliri/Zərəri
525.313
405.433
119.880
Qeyri-Faiz Gəliri
393.915
300.836
93.079
Qeyri-Faiz Xərci
458.766
337.375
121.391
Əməliyyat Mənfəəti (Zərəri)
460.462
368.894
91.568
Xalis Mənfəət (Zərər)
308.047
179.963
128.084
Məcmu Kapital
801.637
659.937
141.700
Qeyd edək ki, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı 6%, məcmu kapitalın adekvatlıq əmsalı isə 12% olub.